Logo

2020-ci ildə Ginnesin Rekordlar kitabına daxil olan maraqlı hadisələr

07.10.2020 22:54 1523 baxış
IMG

Bu məqalədə sizə   Ginnesin dünya rekordlarına daxil edilən heyrətamiz insanlar, təbiət guşələri, heyvanlar haqqında məlumat veririk.

 Ən çox döyməsi olan insan

Bu titulun sahibi Yeni Zelandiyada dünyaya gələn Laki Daymond Riçdir. O, uşaqlıqdan aborigen - maorilərin mədəniyyətinin vurğunu olub və çox guman ki, Lakinin döymələrə olan sevgisi də elə bundan doğub. Onun bütün bədəni müxtəlif rəsmlərlə bəzədilib. Həmin rəsmlərə görə Lakinin dərisi göy rəngə çalır. Qeyd edək ki, bədənini "sənət əsəri”nə çevirən Laki həm də istedadlı jonqlyordur.

 Ən iri timsah

2020-ci ilə aid xarici tizer nəşrinin ən diqqətçəkən  kadrlarından biri də ağırlığı ilə avtomobilləri əzən nəhəng timsahın görüntüləridir.  Bu nəhəng varlıq sanki  110 milyon il bundan əvvəl planetimizdə yaşamış qədim amfibiyanın bədii təsviridir. Alimlər timsaha oxşayan bu qəribə məxluqa  gözəl ad veriblər- İmperator Sarkozux (Sarcosuchus imperator). Arxeoloqların sözlərinə görə bu məxluqların uzunluğu 9 metr, çəkisi isə 2-3 ton arasındda olurdu.

Ən güclü qadın

Deyirlər, kişilər güclü, qadınlar isə zəif cinsin nümayəndələridir. Lakin ABŞ-da yaşayan atlet xanım Mişel Kinni  bu deyimi alt-üst edib. Bu qadının qaldırdığı  daş kürələrinin ümumi çəkisi 539,77 kiloqramdır və bu il o "Ginnes Rekordlar kitab"ına dünyanın ən güclü qadını olaraq daxil olub.

 Ən iri robotabənzər nəqliyyat növü

Yaponiyanın Sakakibara Kikai şirkəti heyranedici robotlaşdırılmış humanoid yaradıb. Bu nəhəng və qeyri-adi nəqliyyat növünə  Mononofu adı verilib. Mononofu sözü yapon dilindən "döyüşçü samuray” kimi tərcümə olunur. Nəhəng humanoidin  ayaq üstə hündürlüyü 8,46, uzunluğu 4,27, eni isə 4 metrdir. Maraqlı dizaynı ilə dıqqəti çəkən  robotun başı  milli yapon baş örtüklərini xatırladır. Bu qeyri-adi nəqliyyat növünün  gövdəsinin içinədə sürücü kabinəsi yerləşdirilib.

  Ən iri halqaları fırladan qadın

 Amerikalı Getti Kehayova bu bacarığı ilə peşəkar gimnastları kolgədə qoyur. Bacarıqlı Getti uzunluğu 7,1 metr olan halqanı fırladaraq heç bir çətinlik çəkmir.Qeyd edək ki, Kehayovlar ailəsinin üzvləri  bu qeyri-adi bacarıqlarına görə dəfələrlə "Ginnesin rekordlar kitabı”na düşüb.

 Ayağı ilə oxu atan qadın

ABŞ-da anadan olan  Brittani Uolş oxçuluq üzrə dünya rekordunu  vurub, özü də bunu ayaqlarının köməyi ilə edib. Deyilənlərə görə bu xanımın  ayaqları  inanılmaz dərəcədə güclüdür və  ox atdığı zaman heç də ayaqlarından zəif olmayan qolları üzərində dayanan Brittani böyük ustalıqla 12 metrdən artıq məsafədən birbaşa hədəfi vurur.

 Ən iri kosmik stansiya

Rusiyanın Beynəlxalq Kosmik Stansiyası (BKS) hələ də dünyanın ən iri kosmik stansiyası titulunu qoruyub saxlamaqdadır. BKS-nın 109 metrlik sahəsində çox sayda yüksək texnologiyalı modullar yerləşdirilib və bu  stansiya  Rusiyanın  tarixində inşa edilən  ən əhəmiyyətli tikililərdən biridir. Hər il olduğu kimi bu ildə məçhur stansiya "Ginnes rekordlar kitab"ına daxil olub.

 ən qeyri-adi yer

Venesuelada yerləşən Maraykaybo gölü dünyanın ən qeyri-adi yeri adını qazanıb. Burada tez-tez şimşək çaxıb ildırım guruldayır. Tədqiqatçıların hesablamalarına görə, ilboyu bu ərazinin bir kvadrat metrinə 250-dən çox ildırım düşür.

  Qeyri-adi amfibiya genomu

Alimlər Aksolotl adlı qeyri-adi amfibiya genomunu aşkar ediblər.Bu heyratamiz məxluq regenerasiya qabilliyətinə görə elm dünyasının diqqətini cəlb edib. Aksolt amfibiyasının digər adı isə Meksika salamandrasıdı. O qeyri-adi saçları ilə yadplanetliləri xatırladaraq digər amfibiya növlərindən seçilir.

Əlil arabasında rekord vuran gənc

Əlillik ağır dərddir, əlil arabalarından asılı olan insanların əksəriyyəti bununla barışa bilmir. Amma əlilliyin əyləncəli, maraqlı həyata əngəl olmadığını sübut edən həyat dolu, pozitivliyi  və nailiyyəti ilə dünyanı heyran qoyan şəxs Aaron Fotheringem oldu. ABŞ-da anadan olan gənc əlil arabasında təhlükəli fəndlər edərək rekord vurdu. Aaronun rekordu 21,3 metrdir.

Xəbər lenti