Logo

Müsabiqə qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı məlumatlara aydınlıq gətirilib

11.08.2023 17:37 243 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Dövlət Komitəsindən "Tehsil.biz"ə verilən məlumatda bu il “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsinin keçirildiyi xatırlanıb.

Bildirilib ki, yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib.

Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb.

Dövlət Komitəsindən qeyd olunub ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır.

Xəbər lenti