Logo

BŞTİ: "İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində 39 namizəd iştirak edib"

11.08.2023 16:16 379 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb.

Bu barədə "Tehsil.biz"ə idarədən bildirilib.

İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibəyə dəvət olunub. Onlardan 39 nəfəri müsahibədə iştirak edib.

Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilib.

Xəbər lenti