"Beynəlxalq fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar. İkinci və üçüncü ixtisas qrupunda belə şəxslər yoxdur".
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, amma üçüncü qrupda 13 nəfər ixtisas seçə bilər, onlar respublika fənn olimpiadalarının qalibləridirlər:
"Tarix üzrə 10 nəfər, Azərbaycan dili üzrə 3 nəfər qalibdir. Seçdikləri ixtisas bəllidir. Onların arasından 1 nəfər imtina edib. 12 nəfərdən 1 nəfər üçüncü qrupa, 1 nəfər isə 2-ci qrupda ixtisas seçdi. Dörd nəfər Bakı Dövlət Universitetini (BDU), 1 nəfər Xəzər Universiteti üzrə tarix müəllimi ixtisasını seçdi. 3 nəfər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını, 3 nəfər Azərbaycan dili üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyini (2 nəfəri BDU, biri Naxçıvan Dövlət Universiteti) seçdi, 1 nəfər isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tarix və coğrafiya müəllimliyi ixtisasını seçib".