Logo

Dövlət qulluğu sertifikatının verilməsi üçün inzibati vəzifələrin sayı artırılıb

10.08.2023 17:04 211 baxış
IMG

“Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati vəzifələrin növləri, qrupları və alt qrupları” cədvəlində dəyişiklik edilib.

Tehsil.biz xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, AB2 altqrupuna daxil olan vəzifələr artırılıb.

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri vəzifələri bu altqrupa əlavə edilib.

Eyni zamanda, AB4 altqrupuna da yeni - Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələri əlavə olunub.

Xəbər lenti