Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbulu davam edir.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini 17 avqust saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.
Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.