Logo

Bakıda direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir

09.08.2023 14:16 437 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilir.

Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən bildirilib.

İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır. Namizədlər hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndirilir.

Xəbər lenti