Logo

ADPU məzunları beynəlxalq təqaüd proqramlarının qalibi olublar - FOTO

09.08.2023 14:01 154 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasındakı beynəlxalq ikili diplom magistr proqramının məzunu Şəms Səfərəliyeva “Erasmus Mundus” proqramı çərçivəsində “Ali təhsildə innovasiya və tədqiqat” sahəsində magistratura təhsili alacaq.

ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, 2 illik proqram müddətində Ş.Səfərəliyeva Avstriya, Finlandiya, Almaniya, Çin və Hindistanın ali təhsil sistemlərini tədqiq edəcək.

Universitetin “SABAH magistratura” proqramının “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasının məzunu Rasim Həsənzadə isə “Türkiye Bursları” çərçivəsində Türkiyənin Qazi Universitetində “Təhsil proqramları və tədris” ixtisasında tam təqaüdlə doktorantura səviyyəsinə qəbul olunub.

Xəbər lenti