Logo

UNEC-də yay məktəbi davam edir

09.08.2023 13:27 212 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yay semestri (yay məktəbi) davam edir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, 1003 tələbənin iştirak etdiyi yay məktəbində 67 fənn üzrə 94 qrupda tədris aparılır.

Qeyd edək ki, yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi məqsədilə təşkil olunur.

Xəbər lenti