Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
"Tehsil.biz"in məlumatına görə, valideynlər paytaxt üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər.
Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.
Valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir.
Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.
Eyni zamanda, məktəbli formalarının satış məntəqələri ilə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb, satış məntəqələrinin ünvanları qeyd olunub.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin sözügedən qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
| Şəhər/Rayon | Şəhər/Rayon |
| Zərdab | Azərbaycan küçəsi |
| Ağcabədi | N.Nərimanov küçəsi |
| Ağcabədi | Nəriman Nərimanov küçəsi, 22 |
| Bərdə | Koroğlu küçəsi |
| Bərdə | İsmət Qayıbov küçəsi |
| Ağdaş | Müşfiq İsayev küçəsi |
| Mingəçevir | M.Maqomayev küçəsi |
| Mingəçevir | Füzuli küçəsi, 34 |
| Füzuli | Bala Bəhmənli kəndi |
| Ağdam | Muğam Mərkəzinin yanı |
| Yevlax | Füzuli pr, 57 |
| Yevlax | Dilqəm Pişəvari küçəsi |
| Beyləqan | Sərdar İmzaliyev küçəsi. Mərkəzi bazar ilə üzbəüz |
| Sabirabad | 20 Yanvar küçəsi |
| İmişli | Qadir İsmayılzadə küçəsi |
| Saatlı | Heydər Əliyev prospekti |
| Salyan | Təbriz Xəlilbəyli küçəsi, mağaza 1 |
| Salyan | Təbriz Xəlilbəyli küçəsi, mağaza 2 |
| Biləsuvar | Nizami küçəsi |
| Biləsuvar | “Bazar Store” marketin yanı |
| Neftçala | Kimyaçılar küçəsi |
| Mərkəz | Sumqayıt şəh. 4-cü məh. Azərbaycan prospekti 13/20 |
| Mərkəz | Sülh küçəsi, 32-ci məhəllə |
| Mərkəz | 17-ci mkr, Məhəmməd Əsədov küçəsi |
| Mərkəz | Sumqayıt şəh. 5-ci mkr, Cəlil Məmmədquluzadə küçəsi, bina 24/139 |
| Mehdiabad | Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi |
| Mehdiabad | Mehdiabad qəsəbəsi, 20 Yanvar küçəsi, 4 |
| Xırdalan | Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsi 118 |
| Xırdalan | Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 |
| Qobu | Qobu qəsəbəsi, 1 saylı məktəbin yanı |
| Ceyranbatan | 20 Yanvar küçəsi |
| Müşfiqabad | Müşfiqabad qəsəbəsi |
| Novxanı | Abşeron rayonu, Novxanı kəndi, İ.Abdullayev küçəsi |
| Saray | Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsi |
| Binəqədi | Binəqədi rayonu, Heydər Hüseynov, ev 23 |
| Binəqədi | Binəqədi rayonu, 7-ci mkr, ev 31, 23-cü məhəllə, keçid 1260 |
| Biləcəri | Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, avtovağzalın yanı |
| Binəqədi | Binəqədi rayonu, ŞTQ Gülməmməd Ramazanov, ev 55/1 |
| Rəsulzadə qəsəbəsi | Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol 1 |
| Binə | Əli İsazadə küçəsi, ev 5 |
| Şabran | Şabran şəhəri, avtovağzalın yanı |
| Xudat | Xaçmaz rayonu, Xudat ş., H.Əliyev küçəsi, ev 13b |
| Xaçmaz | Olimpiya Kompleksi, 20 Yanvar küçəsi |
| Qusar | Qusar rayonu, Qusar şəhəri, E.Safixanov küçəsi, Olimpiya Kompleksi yolu |
| Kürdəmir | Kürdəmir şəhəri, Babək küçəsi |
| Quba | Quba şəhəri, H.Əliyev küçəsi |
| Ucar | Ucar rayonu, Ucar şəhəri, Oğuz küçəsi, ev 104A |
| Şəmkir | Şəmkir-Qazax yolu, “Westgate” ticarət mərkəzi, 2 nömrəli mağaza |
| Qazax | Qazax rayonu, Səməd Vurğun küçəsi, döngə 6 |
| Tovuz | Musa Musayev və Əhməd Cavad küçələrinin kəsişməsi |
| Gədəbəy | Gədəbəy rayonu, H.Əliyev prospekti, 2A |
| Göyçay | Göyçay şəhəri |
| Masazır | Masazır qəsəbəsi |
| Bakı | Sabunçu rayonu, Bakıxanov qəs, Mehmandarov küçəsi, 169 |
| Bakı | Yasamal rayonu, Qələbə dairəsi |
| Bakı | Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyasının çıxışı (5-ci sıra) |
| Bakı | Əhmədli qəsəbəsi, Sarayevo küç, 17 |
| Bakı | Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin parkının yanı |
| Bakı | Qaradağ rayonu, Yeni Sahil qəsəbəsi, 41C |
| Bakı | Xətai rayonu, Fəhlə prospekti, “Amay” ticarət mərkəzi |
| Bakı | Nizami rayonu, Q.Qarayev prospekti, bina 51/57 |
| Astara | Astara şəhəri, Heydər Əliyev pr., ev 211A |
| Cəlilabad | Cəlilabad şəhəri, Heydər Əliyev pr., 167A |
| Lənkəran | Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsi, 9 |
| Qəbələ | Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, 15A |
| İsmayıllı | İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 30 |
| Neftçala | Neftçala şəhəri, 20 Yanvar küçəsi 17 A |
| Balakən | Heydər Əliyev prospekti, 54 |
| Qax | Heydər Əliyev prospekti |
| Ağsu | Ağsu ş.,Vidadi küç. (bazarın qarşısı) |
| Bakı | Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 98 |
| Bakı | Bakı, Nizami rayonu, Qara Qarayev küçəsi, 29 |
| Bakı | Bakı, Xətai r-nu, Sarayevo küçəsi,18 ab |
| Bakı | 4-cü mikrorayon |
| Gəncə | Gəncə, Kəpəz r-nu, Şah İsmayıl Xətai küçəsi, 211 |
| Gəncə | Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi |