Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

08.08.2023 14:41 206 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində bakalavriat səviyyəsində riyaziyyat, riyaziyyat müəllimliyi və mexanika ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Mexanika-riyaziyyat fakültəsində 6 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Fakültədə Riyazi analiz, Cəbr və həndəsə, Diferensial və inteqral tənliklər, Funksiyalar nəzəriyyəsi və funksional analiz, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Hesablama riyaziyyatı, Riyaziyyat və onun tədrisi metodikası, Nəzəri mexanika və bütöv mühit mexanikası, Ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Həmin kafedralarda müxtəlif elmi istiqamətlər üzrə tədqiqatlar aparılır.

Xəbər lenti