Logo

"Qəbul imtahanlarından fənn sayı minimallaşdırılmalı, imtahan sualları sadələşdirilməlidir"

08.08.2023 12:56 215 baxış
IMG

"Valideynlərə, müəllimlərə, şagirdlərə yazığınız gəlsin. İnsanların konstitusiya ilə təsbit olunan istirahət hüququ kobud şəkildə pozulur. Bir tədris ili başa çatandan digər tədris ili başlayanadək tətil dövründə ancaq həyəcanla imtahanlar keçirilir, imtahan cavabları gözlənilir və bir də baxırsan ki, artıq növbəti tədris ili başlanıb. Nə valideyn dincələ bilib, nə müəllim, nə də şagirdlər".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev bildirib.

"Qəbul imtahanlarından fənn sayı minimallaşdırılmalı, imtahan sualları sadələşdirilməlidir ki, uzun müddət cavabların yoxlanılmasına ehtiyac qalmasın", - ekspert qeyd edib.

Kənan Nağıbəyli

Xəbər lenti