Logo

Azərbaycanda 9 minə yaxın insan “Microsoft” ilə birgə yeni rəqəmsal bacarıqlar əldə edib

21.03.2021 13:36 516 baxış
IMG

2020-ci ilin iyun ayında “Microsoft” şirkəti “GitHub” və “Linkedİn” ilə birgə iqtisadi böhran nəticəsində iş yerlərini itirmiş insanlara və rəqəmsal texnologiyalar sahəsində işə düzəlmək üçün bacarıq əldə etmək istəyən mütəxəssislərə kömək məqsədilə rəqəmsal bacarıqların inkişafı üzrə qlobal kampaniyaya start verib. “Microsoft” korporasiyası tərəfindən həyata keçirilən qlobal təşəbbüs çərçivəsində Azərbaycandan 9 minə yaxın insan yeni rəqəmsal bacarıqlar əldə edib.

 

2020-ci il bütün dünyada bir çoxlarının həyatında ən mürəkkəb dövrlərdən birinə çevrildi. Qısa müddət ərzində dünya, qlobal iqtisadi böhrana səbəb olan pandemiya da daxil olmaqla bir çox problemlərlə üzləşdi. İqtisadiyyatın təhlükəsiz və müvəffəqiyyətli bərpasını təmin etmək üçün tələb olunan əsas addımlardan biri yeni iş yerləri üçün lazım olan rəqəmsal bacarıqlara çıxış imkanlarının genişləndirilməsidir. Həqiqətən də əsaslı və inkluziv bərpanı həyata keçirən açarlardan biri, iş itkisindən ən çox zərər çəkmiş insanlar üçün rəqəmsal bacarıqlara daha asan çıxışı təmin edən proqramlardır.

 

Bu amili nəzərə alaraq, “Microsoft” korporasiyası 2020-ci ilin sonunda bütün dünyada 25 milyon insanın rəqəmsal bacarıqlarını inkişaf etdirmək üçün qlobal təşəbbüsünü başladı. “Global Skills” Initiative adını almış təşəbbüsün bir hissəsi olaraq, şirkət “LinkedIn” “Learning”, “Microsoft Learn” və “GitHub Learning Lab” təlim materiallarına pulsuz giriş imkanı təqdim etdi.

 

Microsoft Learn platforması bulud texnologiyasının potensialından, süni intellekt (Aİ), “Azure”, “Microsoft 365”, “Power Platform”, “Microsoft Dynamics” və s. xidmətlərdən istifadə edərək, mütəxəssislərin rəqəmsal bacarıqlarının artırılması, komandaların məhsuldarlığının yaxşılaşdırılması və iş yerinin təkmilləşdirilməsi üçün pulsuz təlimlər təqdim edir. Təlim, mütəxəssislərə karyera yüksəlişi üçün lazım olan təcrübə və bacarıqları əldə etməyə, yaxud dünyanın sürətli rəqəmsallaşdırılması dövründə rəqabət qabiliyyətli qalmaq üçün ixtisaslaşmadan keçməyə imkan verir. Kursu bitirdikdən sonra məzun, imtahan üçün qeydiyyatdan keçə və xüsusi məbləğlə - 15 ABŞ dollara potensial işəgötürənlər tərəfindən qiymətləndirilən beynəlxalq sertifikat əldə edə bilər.

 

Təşəbbüsün bir hissəsi olaraq, müxtəlif sahələrdə 16 mindən çox peşəkar kursu birləşdirən genişmiqyaslı bir LinkedIn Learning platforması fəaliyyət göstərir. “LinkedIn Learning” bazası arasında mütəxəssislərə iş tapmaqda köməkçi olmaq, kritik proqram bacarıqlarını öyrətmək və rəqəmsal transformasiyaya həsr olunmuş 3 xüsusi kurs da mövcuddur. “LinkedIn” iqtisadi artımının toplanmış qlobal məlumatlarının köməyi ilə əmək bazarının mövcud tələbatlarını müəyyən etmək artıq mümkündür: ən çox tələb olunan mütəxəssislər və lazımi bacarıqlar ən azı növbəti 5 il ərzində aktual olaraq qalacaq. Bu məlumatlara əsasən, təşəbbüsün bir hissəsi olaraq, müasir iqtisadiyyatda ən çox lazım olan və rəqəmsal bacarıq tələb edən, inkişaf, satış, idarəetmə, İT administrasiyası, rabitə, rəqəmsal marketinq, məlumat təhlili, maliyyə, qrafik dizayn, müştəri dəstəyinin də daxil olduğu 10 peşədən pulsuz kurslar formalaşdırılmışdır.

 

Azərbaycanda artıq 8475 nəfər bu təşəbbüsə qoşulub. Buna opportunity.linkedin.com saytı vasitəsilə qoşulmaq olar. Sözügedən təhsil proqramı İngilis, Fransız, İspan və Alman dillərində mövcuddur.

 

Rəqəmsal bacarıqların inkişafı üçün qlobal təşəbbüs haqqında daha ətraflı məlumat əldə etmək üçün “Microsoft” şirkətinin saytına keçid edə bilərsiniz: news.microsoft.com/skills.

 

Ən yaxın zamanda “Microsoft”, Azərbaycanın bir neçə Universitetində, ali təhsil müəssisələrinin müəllimləri üçün rəqəmsal texnologiyaların tədrisi üzrə ixtisasların artırılmasına yönəlmiş “Microsoft Learn for Educators” təşəbbüsünə başlayacaq.

 

Çünki məhz müəllimlər gələcəkdə uğur qazanmaqda şagirdlərin imkanlarının genişləndirilməsində mühüm rol oynayırlar! “Microsoft”, pulsuz tədris proqramları, təlimlər və tədris vasitələrini təklif edərək, bu yolda müəllimləri dəstəkləməyə çalışır.

 

Yeni bacarıqların əldə edilməsi heç vaxt indiki qədər vacib olmamışdı. Qlobal rəqəmsallaşdırma zamanı rəqəmsal bacarıqların inkişafı məşğulluq sahəsinə təsir edən əhəmiyyətli amillərdən biri olub, müxtəlif sahələrdən yerli mütəxəssislərin yenidən hazırlanması regional və dünya iqtisadiyyatının bərpası üçün ən vacib vasitədir.

 

Şirkət haqqında:

 

“Microsoft” (Nasdaq “MSFT” @microsoft) “ağıllı bulud” və “ağıllı texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün hər bir şəraiti təmin edir. Şirkətin missiyası planetdəki hər bir insana və təşkilata daha çox şeyə nail olmaq imkanı verməkdir.

Xəbər lenti