Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin bağlanış konserti keçirilib.
Mədəniyyət Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, avqustun 3-də Dənizkənarı Milli Parkda Özbəkistan incəsənət ustalarının iştirakı ilə təqdim olunan konsert proqramı böyük maraqla qarşılanıb.
Sonuncu gün Özbəkistan nümayəndə heyəti üçün paytaxtla tanışlıq və mədəni proqram nəzərdə tutulub.