Logo

Direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətləri davam edir

05.08.2023 17:40 490 baxış
IMG

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər.

Müraciətlərin qəbulu avqustun 7-si saat 11:00-da başa çatacaq.

Xatırladaq ki, direktorların işə qəbulu müsabiqəsinin esse mərhələsində 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Xəbər lenti