Logo

Bağça müdiri vəzifəsi üzrə müsabiqənin sənəd qəbulu mərhələsi davam edir

05.08.2023 17:04 219 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Xəbər lenti