Zaqatala şəhərində kollecin ərazisində ümumi sahəsi 500 m² olan birmərtəbəli binanın (250 m² sahədə idman zalı və 250 m² sahədə mətbəx) dam örtüyünün yanar konstruksiyaları 450 m² sahədə, idman zalının yanar konstruksiyaları 100 m² sahədə və içərisində olan avadanlıqlar qismən yanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23:33
Zaqatalada kollecdə yanğın olub.
"Tehsil.biz"in məlumatına görə, hadisə Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verib.
Hadisə qeydə alınan əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.