Təhsil seçimi çox vacib bir məsələdir. Keyfiyyətli təhsil almaq cəmiyyətdə statusa sahib olmaq və gələcəkdə işinin peşəkarı olduğunu sübut etmək deməkdir.
Necə deyirlər: “ Oxumaq heç vaxt gec deyil” . Bunu Elizabet Eyçelbaum 90 yaşında elmlər doktoru adına layiq görülməyi ilə təsdiqləyib.
İnglis Robert Kronin təhsil haqqında maraqlı faktlar toplayaraq ən uzunmüddətli oxuyan tələbə kimi qeydə alınmışdı. O, 1984 – cü ildə Biologiya fakültəsinə daxil olub, lakin diplomu 52 il sonra alıb. Kronin diplom ilə birlikdə 72 yaşında universitetin ən yaşlı məzunu kimi qeydə alınıb.
Məzunların görüşü adi haldır və bir qayda olaraq 5 – 10 ildən bir keçirlir. Lakin ABŞ -ın Blamş Miller Məktəbinin məzunları qaydanı pozaraq bu görüşü məzun olduqdan 70 il sonra həyata keçiriblər. Təbii ki, yaşa nəzər yetirsək, görüşdə yalnız 45% məzun iştirak edib.
Lakin tam əksini Çerofki qraflığının məktəbini 1929 – cu ildə bitirən məzunlar hər il bu mərasimi keçirirlər. 2003 – cü ildə 74 illiklərini qeyd edən məzunların yalnız 30 - u həyatda qalıb, mərasimə isə cəmi 9 nəfər gələ bilib.
Təhsil haqqında maraqlı faktlar valideynlərə də aiddir, hansı ki, öz övladlarını həm estet həm də, intellektual görmək istəyirlər. Söhbət ən bahalı təhsil kursundan gedir, hansı ki, Milli İngilis Məktəbində tədris olunur. Bu məktəbin qiyməti 77 500 funt sterlinq və daha da çox təşkil edir. Bu ödənişin müqabilində şagirdə etiket qaydaları öyrədilir londonun ən yaxşı otellərində qalmaq üçün yer ayrılır.
Avstraliyanın Leydli adlı ali məktəbinin professoru Mari Barrouz 26 tələbədən ibarət qrupu 54 saat auditoriyada saxlayaraq biologiya fənninə aid mühazirəyə qulaq asdırıb.
Sonda təhsil haqqında daha bir maraqlı fakt ondan ibarətdir ki, ən yüksək professor qonorarını elmlər doktoru adına laiq görülmüş Rolan Dant adlı professor alıb. O, 1986 – cı ildə hipnoterapiya üzrə oxuduğu mühazirəyə görə 3 080 000 dollar qonorara layiq görülüb.
İkisahil.com