Logo

Bu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb

04.08.2023 14:48 374 baxış
IMG

Şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin yazı işi üzrə esse mərhələsinin nəticələri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, imtahan nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqə üzrə esse mərhələsində 673 nəfər iştirak edib. 50 faiz və daha yuxarı nəticə göstərən 274 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, uğur qazanmayan namizədlər https://portal.edu.az/ səhifəsində qeydiyyatdan keçərək esse mərhələsi üzrə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin qəbulu 7 avqust saat 11:00-da başa çatacaq.

Xəbər lenti