Logo

“Abituriyent Məsləhət Mərkəzləri” avqustun 5-də – şənbə günü də fəaliyyət göstərəcəklər

04.08.2023 10:22 192 baxış
IMG

Məlum olduğu kimi, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi sona yaxınlaşır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, seçimin başa çatması nəzərə alınaraq abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 5 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər. 

“Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Avrasiya Universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət Mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir.

Xatırladaq ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi iyulun 31-dən başlanıb və avqustun 7-dək davam edəcək.

Xəbər lenti