Logo

“Pedaqoji tənqid” istiqaməti yaradılsın, inkişaf etdirilsin" - TƏKLİF

03.08.2023 10:52 602 baxış
IMG

"Ədəbi tənqidə məmurlar, yazarlar sivil münasibət bəslədiyi halda pedaqoji tənqidə məmurlar müxalif gözü ilə baxır, onu sevmirlər".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti İlham Əhmədov bildirib.

O qeyd edib ki, təhsil strateji sahə, millətin gələcəyi olduğu üçün bu sahəni məmurlara tam etibar etmək düz deyil:

"Artıq ölkəmizdə pedaqoji tənqidə elmi istiqamət kimi yox, təhsilin taleyini həll edən, gələcək nəslin normal təhsil almaq problemi kimi baxılmalıdır. Buna alim və ekspert müstəvisində deyil, milli təhlükəsizlik müstəvisində baxılmalıdır. Çoxu hələ də dərk etmir ki, tənqid, alternativ fikir olmayan yerdə heç bir inkişaf ola bilməz. Təklif edirik ki, pedaqoji elmlər sistemində yeni istiqamət olaraq “pedaqoji tənqid” istiqaməti yaradılsın və inkişaf etdirilsin. Bunsuz müasir təhsil sisteminin və pedaqogika elminin inkişafı çox zəif olacaq. Pedaqoji tənqid təhsil sistemi və bu sistemdə gedən islahatlar prosesini təhlil, tənqid, şərh etməli, daha düzgün istiqamətləndirməlidir. Təhsil və pedaqoji elmlər bundan yalnız uda bilər"

Kənan Nağıbəyli

Xəbər lenti