Logo

Əməkdar incəsənət xadimi vəfat edib

01.08.2023 19:21 364 baxış
IMG

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. O, 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib.

1970-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən kinorejissor 40-dan çox filmin rejissoru olub.

Xəbər lenti