Logo

TKTA inspektor vəzifəsi üzrə vakansiya elan edir

31.07.2023 19:24 367 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatı” layihəsi çərçivəsində məktəbəqədər təhsil müəssisələrində monitorinqlərin həyata keçirilməsi məqsədilə inspektor (monitorinq üzrə ekspert) vəzifəsi üzrə vakansiya elan edir.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, vakansiya üzrə seçim yazılı imtahan və müsahibə mərhələlərindən ibarətdir. Yazılı imtahan mərhələsinə test imtahanı və yazı işi (esse) daxildir. Test imtahanında namizədlərə pedaqogika və metodika, tənqidi oxu bacarığı, riyazi məntiq üzrə olmaqla ümumilikdə 40 test tapşırığı təqdim edilir.

Ümumi sualların 50 faizini cavablandıran, pedaqogika və metodika üzrə sualların 50 faizini cavablandıran, esse üzrə mümkün 5 baldan yarısını toplayan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar.

Namizədlərdən ali təhsil, sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər, minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır), məktəbəqədər təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı, Azərbaycan dilində peşəkar səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı, analitik düşünmə və problem həlletmə bacarığı, monitorinq və qiymətləndirmə bacarığı, təşkilatçılıq bacarığı, komandada işləmə bacarığı, zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı tələb olunur. 28 yaşdan yuxarı şəxslər müraciət edə bilər.

İş qrafiki: xidməti müqavilə əsasındadır. Vakansiyaya avqustun 28-dək müraciətlər qəbul olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-lərini Agentliyin səhifəsində yerləşdirilən link vasitəsilə göndərə bilərlər.

Xəbər lenti