Logo

Üç məktəblini su kanalında cərəyan vurub

31.07.2023 17:33 475 baxış
IMG

Sabirabadda üç məktəblini su kanalında cərəyan vurub.

Tehsil.biz xəbər verir ki, hadisə rayonun Cavad kəndində baş verib.

Belə ki, 16 yaşlı Orxan Əlizadə və 12 yaşlı əkiz əmisi nəvələri Nihad və Əjdər Əlizadələr hadisə yerində ölüblər.

Məlumata görə, onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Hadisə də nasosun suya verdiyi cərəyanın təsirindən baş verib.

Onlar Cavad kənd 2 nömrəli orta məktəbin şagirdləri olublar. Orxan Əlizadə bu il 11-ci, əmisi nəvələri Nihad və Əjdər Əlizadə isə 7-ci sinifdə təhsil alırlarmış.

Xəbər lenti