Logo

Yaponiyada təcrübə mübadiləsində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

31.07.2023 11:48 253 baxış
IMG

Yaponiyanın Dostluq Əlaqələri Proqramı “MIRAI” Avropa, Mərkəzi Asiya və Qafqazdan olan diplomatiya, təhlükəsizlik siyasəti, iqtisadiyyat, elm və texnologiya, incəsənət və mədəniyyət, beynəlxalq əlaqələr, ətraf mühit elmləri, SDGs ilə bağlı tədqiqatlar, Asiya tədqiqatları və Yaponiya tədqiqatları sahələri üzrə təhsil alan perspektivli gənc liderlərdən ibarət qrupları dəvət edir. Proqram 10 gün davam edəcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Proqrama 20-30 yaş arası gənclər qəbul edilir. Tədris ingilis dilində aparılacaq.

“Sülh quruculuğu, diplomatiya və təhlükəsizlik siyasəti, iqtisadiyyat və biznes, elm və texnologiya, ətraf mühit” proqramı üçün avqustun 20-dək, “Qanun və qayda, regionlari və mədəniyyətləri kəşf” (onlayn) proqramı üçün isə avqustun 30-dək müraciət etmək lazımdır.

Xəbər lenti