Logo

Məktəbəqədər təhsil müəssisələrində müdir olmaq istəyənlərin NƏZƏRİNƏ

29.07.2023 20:58 455 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi iyulun 31-dən avqustun 7-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 31-i saat 11:00-dan avqustun 7-si saat 11:00-dək https://miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.

Xəbər lenti