Logo

Xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması imtahanının proqramı açıqlanıb

28.07.2023 17:33 227 baxış
IMG

Xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması imtahanında iştirak edəcək ərizəçilərə 30 test tapşırığı təqdim olunacaq.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirib ki, onlardan 20 test tapşırığı ixtisas üzrə, 10 test tapşırığı isə sahələr üzrə bacarıq və səriştələri yoxlayan tapşırıqlardır.

İmtahanda iştirak edəcək şəxslər imtahan proqramları və tapşırıq nümunələri ilə aşağıdakı keçidlərdə tanış ola bilərlər.

İxtisas üzrə imtahan proqramları:

1. Mühəndislik sahəsi üzrə;

2. Müəllimlik sahəsi üzrə;

3. Hüquqşünaslıq ixtisası üzrə.

Sahələr üzrə bacarıq və səriştələri yoxlayan test tapşırığı nümunələri:

1. Mühəndislik sahəsi üzrə;

2. Müəllimlik sahəsi üzrə;

3. Hüquqşünaslıq ixtisası üzrə.

Xəbər lenti