Logo

Xaricdə doktorantura təhsili alacaq namizədlərin siyahısı təsdiq olunub

26.07.2023 23:00 217 baxış
IMG

2023-cü il ərzində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair ilk sənəd qəbulu üzrə proqram iştirakçısı adını qazanmış namizədlərin siyahısı təsdiq olunub.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, yekun nəticələrə əsasən, ümumilikdə 37 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub.

Təqaüd qazanan gənclər sırasında 2 nəfər “University of Strasbourg”, 1 nəfər “University of Cambridge”, 2 nəfər “Montpellier University”, 1 nəfər “University of Liverpool”, 1 nəfər “University of Waterloo”, 1 nəfər isə “University of Georgia” kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Qeyd edək ki, 2023-cü il ərzində “2019-2023 Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə ikinci sənəd qəbuluna müraciət haqqında ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti