Logo

Professor: Koronavirus adi soyuqdəymə kimi olacaq

07.10.2020 22:32 504 baxış
IMG

Tibb elmləri doktoru, virusoloq, professor Anatoliy Alşteynin fikrinə görə, təxminən 3 il ərzində koronavirus tədriclə öz gücünü itirəcək və adi soyuqdəymə kimi olacaq.

 

Tehsil.biz saglamolun.az-a istinadən bildirir ki, alim qeyd edib ki, koronavirus heç vaxt yox olmayacaq, lakin digər 4 növ koronavirus kimi insanlarda yalnız yüngül soyuqdəymə simptomlarına səbəb olacaq.

 

Alşteyn bildirib ki, hazırda koronavirusa yoluxma artır və yoluxmanın riskini azaltmaq üçün digər insanlarla daha az təmasda olmaq, maskalardan istifadə etmək, əlləri tez-tez yumaq və profilaktik dozada D vitaminini qəbul etmək lazımdır.

Xəbər lenti