Logo

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib - FOTO

24.07.2023 14:49 249 baxış
IMG

Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, Cavid Paşayev 2001-2007-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsində müalicə işi üzrə təhsil alıb.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin edilib

Xəbər lenti