Logo

İki şagird, bir tələbə dənizdə boğuldu

24.07.2023 00:01 583 baxış
IMG

Siyəzəndə dənizdə üç nəfər batıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, dənizdə boğulan üç nəfərdən ikisi məktəbli, biri tələbədir. Yeniyetmə məktəblilər Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.

Həmçinin oxuyun: BDU tələbəsi dənizdə batıb - FOTO

Xəbər lenti