Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən bildirilib
Qeyd olunub ki, bu çərçivədə Nicat Aslanovun caz kvarteti 24 iyul saat 16:00-da Qusar rayon Mədəniyyət Mərkəzində “Milli ruhun caz melodiyaları” adlı konsertlə çıxış edəcək.