Logo

Dövlət Proqramı təqaüdçüləri 15 ölkənin 52 nüfuzlu ali məktəbində təhsil alacaq

22.07.2023 16:59 196 baxış
IMG

2023-2024-cü tədris ili üzrə ilkin qəbulun nəticələrinə əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təqaüdçüləri dünyanın 15 ölkəsinə aid 52 nüfuzlu xarici ali təhsil müəssisəsində təhsil alacaq.

Bu barədə "Tehsil.biz"ə Dövlət Proqramı idarəetmə qrupundan məlumat verilib.

Bildirilib ki, təqaüd qazanan tələbələr prioritet ixtisas istiqamətləri üzrə Türkiyə Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Avstraliya İttifaqı, Belçika Krallığı, Fransa Respublikası, İsveç Krallığı, İsveçrə Konfederasiyası, Niderland Krallığı, Almaniya Federativ Respublikası, Çin Xalq Respublikası, Sinqapur Respublikası kimi ölkələrdə təhsil alacaqlar.

Xəbər lenti