Logo

DİM-in keçirdiyi müsabiqənin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb - FOTOLAR

20.07.2023 17:07 221 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində 22 iyul Milli Mətbuat Günü münasibətilə “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb.

Tehsil.biz xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edib. Sədr ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirib, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 27 mart – 30 iyun 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3 videoreportaj və 13 yazı olmaqla, ümumilikdə 16 material Mərkəzə təqdim olunub.

Müsabiqə elan olunan zaman mükafatlandırma qaydasına görə I və II yer üzrə bir nəfər, III yer üzrə isə üç nəfərin qalib elan olması nəzərdə tutulsa da, müsabiqənin gedişində bir neçə videoreportajın təqdim olunması və onların yazı materialları ilə müqayisədə təbii üstünlüyü nəzərə alınaraq hər iki sahəyə aid materialların ayrıca (I, II, III yerlərin hər biri üzrə bir nəfər qalib olmaqla) mükafatlandırılması qərara alınıb. Beləliklə, nəticədə ümumilikdə 5 əvəzinə 6 nəfər qalib elan olunub.

Müsabiqəyə təqdim olunmuş materialların qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və müvafiq struktur bölmələrinin müdirləri tərəfindən aşağıdakı meyarlara əsasən 0-10 ballıq şkalada aparılıb və hər bir material üçün yekun qiymət çıxarılıb:

-  materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsi;

-  analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlili;

-  faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyəti;

-  ifadə vasitələrinin zənginliyi;

-   oxucu üçün informasiyalılıq dərəcəsi;

-  müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

-  qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılması.

Qiymətləndirmənin nəticələrinə əsasən, videomateriallar arasında

  • Real TV-nin əməkdaşı Əliyeva Könül 1-ci;

https://www.youtube.com/watch?v=LVTZVtq1Pbg&ab_channel=REALTV

  • İctimai TV-nin əməkdaşı Fərəməzova Elmira 2-ci;

https://www.youtube.com/watch?v=6hJrKson3ow&t=9s&ab_channel=%C4%B0CT%C4%B0MA%C4%B0TV

  • Aztv-nin əməkdaşı Əsədova Nigarın reportajı isə 3-cü yeri tutub.

https://www.youtube.com/watch?v=8_qUu_vGT0I&ab_channel=AZTVX%C9%99b%C9%99r 

Yazı materialları arasında isə

  • APA İnformasiya Agentliyinin müxbiri Nihat Piriyevin yazısı 1-ci;

https://apa.az/az/sosial/dim-in-bunkeri-burada-telefon-isletmek-internete-girmek-siqaret-cekmek-hetta-xestelenmek-de-olmaz-reportaj-766367

  • Report İnformasiya Agentliyinin müxbiri Samirə Abdullayevanın yazısı 2-ci;

https://report.az/elm-ve-tehsil-xeberleri/telefon-qadagandir-internet-yoxdur-mohurlu-pencerelere-toxunmaq-olmaz-dim-in-bunker-inden-reportaj/

  • Azərbaycan məktəbi jurnalının əməkdaşı Zenfira Əlibəyovanın yazısı isə 3-cü yeri tutub.

https://525.az/news/227655-bunker-muellim-kimsen-sen

Daha sonra Məleykə Abbaszadə qaliblərə hədiyyə və nəzərdə tutulan pul mükafatını (I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 500 manat) təqdim edib.

Xatırladaq ki, Müsabiqə üçün yazı və ya videomaterialın hazırlanması məqsədilə DİM-in fəaliyyəti, o cümlədən qapalı iş rejimində (bunker) işin təşkili ilə yaxından tanış olmaq istəyən müəlliflərə müvafiq şərait yaradılıb. Bu gün qalib gələn televiziyaların, həmçinin APA və Report İnformasiya Agentliklərinin müxbirləri öz müraciətlərinə əsasən may ayında 3 gün müddətində real bunker şəraitində olublar və bütün prosesə canlı şahidlik ediblər. Bundan əlavə 5 yazı müəllifinə müraciəti əsasında mütəxəssis dəstəyi göstərilib.

Xəbər lenti