Logo

Akademik Teymur Kərimli İTV-nin Yayım Şurasının sədri seçilib

20.07.2023 13:34 180 baxış
IMG

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, toplantıda Yayım Şurasına yeni sədr seçilib.

Tehsil.biz xəbər verir ki, qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə akademik Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib. Yeni sədr öz növbəsində, göstərilən etimada görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur.

Qeyd edək ki, akademik Teymur Kərimli AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktorudur.

Xəbər lenti