Logo

"Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib"

20.07.2023 11:48 294 baxış
IMG

"Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib".

Tehsil.biz xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Sədr bildirib ki, Ulu Öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq:

"Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə Ümummilli Liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilib. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır. Keçən il Mətbuat Gününü Şuşada qeyd etdik. Bu il də Şuşada böyük konfrans keçiriləcək. Bu da dövlətimizin jurnalistikaya verdiyi dəyərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olaq”.

Kənan Nağıbəyli

Xəbər lenti