Logo

FHN Sumqayıt Regional Mərkəzinin heyəti sağlamlıq imkanları məhdud uşaqlara baş çəkib - FOTO

19.07.2023 01:01 295 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin şəxsi heyəti Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 2 saylı Sosial Xidmət Müəssisəsinə baş çəkib.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə sağlamlıq imkanları məhdud uşaqların ifasında ulu öndər Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Vətənə və şanlı Ordumuza həsr olunmuş şeir və mahnılar səsləndirilib, uşaqlar şən rəqs nümunələri ilə çıxış ediblər.

Müəsissənin ərazisində Mərkəzin Xüsusi xilasetmə hissəsinin xilasediciləri tərəfindən nümayiş olunan xilasetmə texnikası, alət və avadanlıqları uşaqların böyük marağına səbəb olub.

Sonda FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün süfrə açılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.

Xəbər lenti