Logo

Azərbaycanlı gənc Harvard Universitetinin magistratura pilləsinə qəbul alıb

18.07.2023 10:04 207 baxış
IMG

Masallı rayonu Mollahəsənli kənd R.Əliyev adına tam orta məktəbin 2015-ci il məzunu olmuş Nərgiz Məmmədova ABŞ-nin Harvard Universitetinin magistratura pilləsinə qəbul alıb.

Tehsil.biz xəbər verir ki, Nərgiz Məmmədova İqtisadiyyat fakültəsi üzrə bakalavr təhsilini 2015-2020-ci illərdə ADA Universitetində, İqtisadiyyat fakültəsi üzrə birinci magistratura təhsilini isə Rusiyanın Ali İqtisadi Məktəbində 2020-2022-ci illərdə alıb.

O, “2022-2026 Dövlət Proqramı” çərçivəsində Harvard Universitetində Beynəlxalq İnkişafda Dövlət İdarəçiliyi (Master of Public Administration in International Development, MPA/ID) ixtisası üzrə təhsil alacaq.

Nərgiz Məmmədova 2015-ci ildə məktəbi bitirərək 600 balla universitetə qəbul olub.

Məlumata görə, N.Məmmədova Mollahəsənli kənd tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Afət Məmmədovanın qızıdır.

Xəbər lenti