10-17 iyul tarixlərində Yaponiyanın Tokyo şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPHO) məktəblilərimiz uğurla çıxış ediblər.
Tehsil.biz xəbər verir ki, komandamız 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.
Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdləri Nicat Abbasov və Uğur Əzim bürünc medala, "Ankara-məktəbi" məktəb-liseyin X sinif şagirdi Murad İsmayılov isə həvəsləndirici mükafata layiq görülüblər.