Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16.07.2023 17:24 184 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 048, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 184, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 678, pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 342 təşkil edir.

Xəbər lenti