Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ingilis dili və təsviri incəsənət fənləri ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, test imtahanı mərhələsində Azərbaycan dili və ədəbiyyat üzrə ən yüksək balı Ülviyyə Mahmudova (82,5), Kamran Səmədov (78,5) və Nəzakət Şükürova (76,25), Azərbaycan dili fənni üzrə ən yüksək balı Gülər Həsənli (80,25), Ainura Rakhimova (79) və Elnurə Nağıyeva (79), ingilis dili fənni üzrə Aytac Mahmudova (88,75), Əsmər Kərimova (88,75) və Humay Mehtiyeva (86,25), təsviri incəsənət fənni üzrə isə Əminə Ağabəyova (95), Könül Məhəmmədli (90) və Vəfa Süleymanova (88,75) toplayıblar.
Xatırkadaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.
Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub.
Qeyd edək ki, 11 iyuldan start verilən imtahanlara bu gün yekun vurulub.










