Logo

Tarix Muzeyinin yeni ekspozisiyasında XIX əsrə aid pəhləvan geyimləri təqdim olunacaq

15.07.2023 14:29 336 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında pəhləvan geyimləri və onların istifadə etdikləri müxtəlif əşyalar, Qarabağ xanları nəslindən olan Cəfərqulu xana məxsus ov əlcəyi xüsusi vitrində təqdim olunacaq.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, vitrində pəhləvanların öz güclərini, bacarıqlarını nümayiş etdirən zaman onların istifadə etdikləri geyimlər - şalvar, əllərində tutduqları mil və digər eksponatlar yer alır.

Qeyd edək ki, respublikamızın ayrı-ayrı bölgələrindən toplanan, XIX əsrə aid olan həmin eksponatlar xalqımızın tarixən idmana böyük marağının göstəricisidir.

Xəbər lenti