Logo

Növbəti apellyasiya müraciətlərinə start verildi

14.07.2023 20:01 410 baxış
IMG

Müəllimlərin işə qəbulu müsabiqəsinin Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili (rus bölməsi), musiqi fənləri, həmçinin ibtidai sinif müəllimliyi (rus bölməsi, II seans) üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Tehsil.biz xəbər verir ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti