Logo

Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir

14.07.2023 15:52 228 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib. Vakant vəzifə haqqında məlumatı təqdim edirik.

KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS

İş barədə məlumat:

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;

• İşçilərin şəxsi işlərinin qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

• Əmək kitabçalarının qeydiyyatının aparılması;

• Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;

• Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;

• Müvafiq vakansiyaların yazılması və elan edilməsi.

İş qrafiki: 6 günlük

• İş saatları: Həftəiçi 09:00-17:00; şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil: Ali

• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək.

• Yaş: 20–50

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına iyulun 30-dək göndərə bilərlər.

Xəbər lenti