Logo

İcra başçısı yanğın baş verən məktəbə baş çəkib - FOTO

14.07.2023 14:55 691 baxış
IMG

Bu gün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 17 nömrəli tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hadisə yerinə baş çəkib.

Şəhər rəhbərinə məlumat verilib ki, yanğın ümumtəhsil məktəbinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 15 kv.m olan elektrik otağında baş verib. Belə ki, burada quraşdırılmış elektrik löhvəsində baş vermiş qısa qapanpa nəticəsində giriş-çıxış kabelləri yanıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin briqadaları cəlb olunublar. Yanğın söndürülüb və məktəb alovlardan mühafizə olunub.

Xəbər lenti