Logo

İnformatika, fizika və fransız dili fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

14.07.2023 10:58 413 baxış
IMG

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin  informatika, fizika və fransız dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başlayıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Xəbər lenti