“Mədəniyyət” kanalında “Vətənim” verilişinin dünya ədəbiyyatında məhəbbət qəhrəmanlarının ulduzu sayılan Leyliyə həsr olunan növbəti buraxılışı yayımlanıb.
Tehsil.biz xəbər verir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə bildirilir ki, Leyli şüur, əxlaq, ənənə gözəlliyi, həyat və yaşamaq gözəlliyidir. Məcnun şeirlərində tərənnüm olunan bu gözəlliyi cəmiyyət də dərk etməlidir və bu gözəllikdən zövq almaq üçün əvvəlcə poeziyanın, sənətin gözəlliyini duymalıdır, həyat həqiqətlərini bu poeziyadan əxz etməlidir.
Akademik Rafael Hüseynov qeyd edib ki, Leyli dövrünün qadınlarının iztirablarını, mənəvi işgəncələrini əks etdirir. Məktəbdə zəkalı bir oğlan olan Qeysin qəlbini ovlayan Leylinin özü də onu bütün varlığı ilə sevir və öz xoşbəxtliyini bu məhəbbətdə görür. Lakin qadının əşya kimi alınıb-satıldığı bir zamanda Leylinin xoşbəxt günlərinin ömrü qısa olur.
Verilişi buradan izləyə bilərsiniz.