Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu şəxslərə müraciət edib

12.07.2023 16:22 315 baxış
IMG

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin peşə tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması tələb olunur. Bu məqsədlə həmin ixtisas sahələri üzrə xarici dövlətlərdə təhsil alan ərizəçilər üçün DİM tərəfindən imtahan təşkil olunur.

Bu barədə "Tehsil.biz"ə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirliyinin Kollegiyasının (indiki Elm və Təhsil Nazirliyi) 2017-ci il 15 noyabr tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ı əsasında tələbələrin transfer prosesi həyata keçirilir.

Yuxarıda qeyd edilən sınaq imtahanı və transfer prosesi ilə bağlı məlumatlar ərizəçilərə elektron müraciət sistemində şəxsi kabinetlərində qeyd etdikləri əlaqə nömrələri və elektron poçt ünvanı vasitəsilə bildirişlər göndərilir.

Bildirişləri vaxtında əldə etmək üçün vətəndaşların elektron müraciət sistemində qeydiyyatdan keçərkən aktiv əlaqə nömrəsi və elektron poçt ünvanı qeyd etməkləri zəruridir. Əks-halda, yarana biləcək hər hansı problem üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məsuliyyət daşımır.

Xəbər lenti