Logo

Dövlət orqanında vakant inzibati vəzifələr üzrə daxili müsahibə elan edilib

12.07.2023 12:13 254 baxış
IMG

İyulun 12-də 4 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 6 inzibati vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsidir.

Ümumilikdə isə Energetika Nazirliyində 2, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2, Hesablama Palatasında 1 və Diasporla İş üzrə Dövlət Komitəsində 1 vakant inzibati vəzifə daxili müsahibə elanına çıxarılıb.

Daxili müsahibədə müvafiq vəzifələrin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 12-dən iyulun 26-sı saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti