Logo

MİQ üzrə günün ən yüksək nəticəsi açıqlanıb

11.07.2023 19:50 703 baxış
IMG

Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində kimya fənni üzrə ən yüksək balı (100/93,75) Vüsal Novruzov toplayıb.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Xəbər lenti